Nitq və eşitmə məhdudiyyəti olan uşaqlarla maraqlı görüş keçirilib

19:08 25 Noyabr 2022

Növbəti “Oxu saatı” F. Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birlikdə həyata keçirildi. 

Sitat.info xəbər verir ki, “Oxu saatı”nın qonağı – Qüsursuz Nitq və Korreksiya Mərkəzinin direktoru, defektoloq - loqoped Esmira Qafarova oldu.  Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li xüsusi internat məktəbinin şagirdləri Mərkəzimizdə dünya xalqlarının müxtəlif nağıllarını dinlədilər. Nağılları jest dilinə Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İB-nin sədr müavini, jest dili təlimçisi və tərcüməçisi Könül Quliyeva tərcümə etdi.

Səid İsaoğlu,

Sitat.info




Xəbər xətti