Cənubi Koreya, özəl şirkətlərin təxminən 230 milyard dollar sərmayəsi ilə Seulda kompüter çipləri istehsalı üçün nəhəng bir zavod quracağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol verdiyi açıqlamada: "Demək olar ki, 300 trilyon Koreya vonunun böyük miqyaslı özəl sərmayəsinə əsaslanaraq, Seul Metropoliten ərazisində dünyanın ən böyük yeni "yüksək texnologiyalı sistem yarımkeçirici klasterini" quracağıq",- bildirib.
Həmçinin, "yarımkeçirici meqaklaster"in mövcud yaddaş yarımkeçirici istehsalı kompleksləri ilə birlikdə dünyanın ən böyüyü olacağı da açıqlanıb.
Qeyd edək ki, Seul Metropolitan ərazisinə paytaxt Seul, qonşu İncheon şəhəri və ətrafdakı Gyeonggi əyaləti daxildir.
Məğrur
Sitat.info