Şahidlərin Əl-Cəzirə telekanalına verdiyi məlumata görə, yaşı 40-dan aşağı olan fələstinli kişilər İsrail polisi tərəfindən Əl-Əqsa məscidinə girişə icazə verilməyib.
Sitat.info xəbər verir ki, İsrail qüvvələrinin iki gündür təravih namazından sonra Məscidül-Əqsaya basqınları və müqəddəs hərəmdə ibadət edənlərə qarşı zorakılıqları böyük əks-səda doğurub.
İşğal altında olan Şərqi Qüdsdəki Əl-Cəzirə telekanalının müxbiri Nataşa Qoneim deyib: “Bir adam səhər namazına yetişmək üçün iki saat vaxt sərf etdi, lakin onun məscidə girməsinə icazə verilmədi”.
Siyasət dəyişikliyindən xəbərsiz 200 nəfərlik izdiham məscidin qarşısında toplaşmışdı.
Qoneim: "Biz bunun yeni məhdudiyyət olub-olmadığını təsdiqləmək üçün İsrail polisi ilə əlaqə saxladıq, lakin hələ cavab almamışıq", - deyə bildirib.
Seymur Bənnayev
Sitat.info