Nyu-Yorkdakı Türkevinə hücum edilib

23:11 22 May 2023

Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-York Baş Konsulluğunun yerləşdiyi Türkevi binasına hücum edilib.

Sitat.info xəbər verir ki, Nyu-York polisi binaya maddi ziyan vuran hücumla bağlı araşdırmalara başlayıb.

Naməlum şəxs əlində dəmir lomla Türkevi binasının aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb.

Türkevi ətrafında təhlükəsizlik zolağı quran Nyu-York Polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Birləşmiş Millətlər Təşkilatı Türkevi edilən hücumu pisləyib və Nyu-Yorkun müvafiq orqanlarından hadisəni hərtərəfli araşdırmasını tələb edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti