Pakistanda iki qız məktəbi bombalı hücum nəticəsində dağıdılıb

23:43 22 May 2023

Pakistanın Xeybr Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsində gecə saatlarında baş verən bombalı hücum nəticəsində iki qız məktəbi dağıdılıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Sitat.info xəbər verir ki, Pakistanda bu dəfə hədəf qızların təhsil aldığı məktəblər olub.

"Geo News* televiziyasında yer alan xəbərə görə, Şimali Vəziristanın Mir Əli rayonunda 2 məktəbə bombalı hücum təşkil edilib.

Rəsmilər silahlıların gecə saatlarında həyata keçirdiyi bombalı hücumda qızların təhsil aldığı iki məktəbin dağıdıldığını, ölən və yaralanan olmadığını açıqlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti