ABŞ Dövlət Departamenti Türkevinə hücumunu pisləyib

23:48 22 May 2023

ABŞ Dövlət Departamentinin sözçüsü Mett Miller Nyu-Yorkda Türkevi hücumu pisləyib və Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidmətlərinin hücumu yerli hüquq-mühafizə orqanları ilə birlikdə araşdırdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, gündəlik mətbuat konfransında danışan ABŞ Dövlət Departamentinin sözçüsü Miller, Türkevinə edilən hücumla bağlı suala cavab olaraq: "Nyu-Yorkda Türkevinə qarşı vandalizm xəbərlərini gördük. Dövlət Departamentinin Diplomatik Təhlükəsizlik Xidməti yerli hüquq-mühafizə orqanları ilə araşdırma aparır.  Biz diplomatik nümayəndəliklərə qarşı zorakılıq və vandalizmi pisləyirik ki, bu bir cinayətdir”, - deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti