İsrailin müdafiə naziri Yoav Gallant bəyan edib ki, İran mülki gəmiləri “üzən terror bazalarına” çevirib.
Sitat.info xəbər verir ki, Gallant, İsrail Reyxsman Universitetinin Siyasət və Strategiya İnstitutunun (IPS) təşkil etdiyi “Herzliya 2023” konfransında çıxış edib.
Müdafiə naziri Gallant: "İsrail mülki ticarət gəmilərini hərbi gəmilərə çevirir. Pilotsuz uçuş aparatları, raketlər, hücum sistemləri və qabaqcıl kəşfiyyat da daxil olmaqla hər cür silahı daşımaq üçün nəzərdə tutulan bu gəmilər onlarla, bəzən yüz minlərlə tona çatır. İran bununla da bu gəmiləri İran sərhədlərindən uzaq ərazilərdə yerləşdirməklə terror bazalarına çevirməyi hədəfləyir”, - deyə açıqlayıb.
Bu gəmilərdən birinin Ədən körfəzinə doğru üzdüyünün bu yaxınlarda qeydə alındığını və bunun İranın Fars körfəzi və Ərəbistan dənizində həyata keçirdiyi dəniz terrorunun bir hissəsi olduğunu bildirən Galant Tehran administrasiyasının bu hərəkətlərini Hind okeanı, Qırmızı dəniz və Aralıq dənizini əhatə edəcək şəkildə genişləndirməyə çalışdığını söylədi.
Gallant bunun hərbi və mülki gəmiçilik marşrutlarını təhdid edən və dənizlər üçün daimi təhlükə yaradan planlı bir "piratçılıq" siyasəti olduğunu müdafiə etdi.
Sözügedən problemin beynəlxalq əməkdaşlıq və antiterror ittifaqlarının qurulması ilə həll oluna biləcəyinə diqqət çəkən İsrail müdafiə naziri deyib; "Bu gün Qəzzada, Livanda, Suriyada və İordan çayının qərb sahilində qarşılaşdığımız təhdidlərin arxasında İran dayanır. İran regional və beynəlxalq sabitliyə ən böyük təhdiddir. İran regiondakı müttəfiqləri vasitəsilə İsrailə qarşı təxribat müharibəsi həyata keçirir".
Seymur Bənnayev
Sitat.info