Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin və Nyu-York Baş Konsulluğunun yerləşdiyi Türkevi binasına hücum edilib. Nyu-York Polis Departamenti (NYPD) Türkeviyə hücumla bağlı şübhəlinin görüntülərini yayıb.
Sitat.info xəbər verir ki, əldə edilən məlumata görə, naməlum şəxs əlindəki dəmir lomla binanın aşağı mərtəbəsində bəzi pəncərələri sındırıb.
Türkevi ətrafında təhlükəsizlik zolağı yaradan Nyu-York Polisi hadisə ilə bağlı araşdırmalara başlalayıb.
Nyu-York Polis Departamenti (NYPD) Türkevinə hücumla bağlı şübhəlinin görüntülərini yayıb. Görüntülərdə dəmir barmaqlıq olan şəxsin metro stansiyasından çıxması kameralara əks olunub. NYPD yazısında həmin şəxsi görənlərdən hesabat xəttinə zəng etmələrini xahiş edib.
Seymur Bənnayev
Sitat.info