Braziliyada quş qripi xəbərdarlığı edilib

11:52 23 May 2023

Braziliyada quş qripinə yoluxma hallarından sonra ölkədə heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edilib.

Sitat.info xəbər verir ki, "BBC"-nin xəbrinə görə, Braziliyanın Kənd Təsərrüfatı Naziri Karlos Favaro, xüsusilə Espirito Santo və Rio-de-Janeyro əyalətlərində vəhşi quşlarda çox sayda quş qripi hadisəsi aşkar edildikdən sonra ölkədə 6 aylıq heyvan sağlamlığı ilə bağlı fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri qeyd edib ki, qrip Braziliyanın cənubundakı istehsal sahələrindən uzaqda müşahidə olunub.

İllik təxminən 10 milyard dollarlıq toyuq əti ixracatı ilə dünyada birinci yerdə olan Braziliya, xəstəliyin “ticarət heyvanlarına” keçməsi halında həm heyvanların kəsilməsi, həm də digər ölkələrdən gələn ticarət məhdudiyyətləri səbəbiylə ixracatın itirilməsindən narahatdır.

Qeyd edək ki, dünya 2021-ci ilin oktyabr ayından bəri ən pis quş qripi epidemiyasını yaşayır və hər zamankindandaha çox vəhşi quşu öldürür. Bundan əlavə, bəzi məməlilərin xəstəliyə yoluxduğu bildirilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti