Aİ: "Polşada ukraynalı pilotların "F-16" təlimlərinə başlanılıb"

13:04 23 May 2023

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Polşa da daxil olmaqla bir sıra ölkədə ukraynalı pilotların "F-16" təliminə başladığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Borrell Aİ ölkələrinin müdafiə nazirlərinin iclasının girişində mətbuata açıqlama verib.

“Mən xoşbəxtəm ki, F-16 təlimləri nəhayət ukraynalı pilotlara verilməyə başladı”,- deyən Borrell bunun vaxt aparacağını, lakin nə qədər tez tamamlansa, bir o qədər yaxşı olacağını söyləyib.

Təlimlərin bir neçə ölkədə başladığını bildirən Borrell bu ölkələrdən birinin də Polşa olduğunu bildirib.

Aİ ölkələrinin Ukraynaya silah və sursatların çatdırılmasını sürətləndirmək üçün birgə satınalma prosesinin hansı mərhələdə olduğu sualına Borrell bu prosesin irəlilədiyini bildirib.

Qeyd edək ki, keçən həftə Yaponiyada keçirilən "G7" toplantısında "F-16" döyüş təyyarələrinin Ukraynaya çatdırılması üçün yol açılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti