Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun diversiya qrupuna qarşı əməliyyatın davam etdiyini bildirib.
Sitat.info xəbər verir ki, Qladkov sosial media hesabından verdiyi açıqlamada Ukrayna sərhədindəki Belqorod bölgəsindəki son vəziyyətlə bağlı məlumat verib.
Ukrayna Silahlı Qüvvələrinin təxribat-kəşfiyyat qrupunun sərhədə daxil olması səbəbi ilə “terrora qarşı əməliyyat” elan edildiyini xatırladan Qladkov əməliyyatın davam etdiyini bildirib.
Qubernator bildirib ki, Qladkov, Qrayvoron, Novostroyevka, Qorskovskoye, Bezimeno, Mokraya Orlovka, Qlotovo, Qora Podol, Zomostye, Spodaryuşeno sakinləri ərazidən köçürülüb.
Ukraynanın bölgəyə atdığı artilleriya nəticəsində yaralananların sayının 12-yə yüksəldiyini qeyd edən Qladkov, dünən xəstəxanaya aparılan yaralı qadının həyatını itirdiyini bildirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kiyev administrasiyasının təxribat hücumları ilə heç bir əlaqəsi olmadığı barədə açıqlamasının "yalan" olduğunu bildirib və təxribatda ABŞ, Avropa İttifaqı və İngiltərənin də məsuliyyət daşıdığını iddia edib.
Ötən gün “terrora qarşı əməliyyat” elan edilən bölgədə bəzi tədbirlər görülüb və müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Kremlin sözçüsü Dmitriy Peskov bildirib ki, təxribat qrupunun məqsədi diqqəti Baxmutdan yayındırmaq və Baxmutun itirilməsinin Ukrayna tərəfi üçün siyasi təsirini azaltmaqdır.
Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Ukraynanın bu hadisə ilə birbaşa əlaqəsinin olmadığını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info