70-dən çox ukraynalı terrorçu Belqorodda darmadağın edilib - Rusiya MN

18:13 23 May 2023

Rusiya Müdafiə Nazirliyi ölkəsinin Belqorod vilayətinə daxil olan Ukrayna təxribat qrupunun məğlub edildiyini bildirib.
Sitat.info xəbər verir ki, nazirliyin sözçüsü Konaşenkov paytaxt Moskvada Ukrayna təxribat qrupunun Rusiyanın Belqorod vilayətinə daxil olması ilə bağlı açıqlama verib.

Donetsk bölgəsindəki Bahmut   şəhərinin rus ordusu tərəfindən ələ keçirildiyinə diqqət çəkən Konaşenkov, "Kiyev rejimi Baxmutda məğlub olduqdan sonra dinc əhaliyə qarşı terror aktları həyata keçirməyə başladı" -deyə əlavə edib. 

Ukraynanın “millətçi birlik” qoşunlarının Rusiya Federasiyası ərazisinə daxil olduğuna diqqət çəkən Konaşenkov, onlara qarşı əməliyyat keçirildiyini deyib. 

 "Antiterror əməliyyatı, hava və artilleriya hücumları, Qərb Hərbi Dairəsinin Dövlət Sərhəd Mühafizəsi bölmələrinin müqaviməti ilə təxribatçı birləşmələrin qarşısı alınıb və darmadağın edilib. Millətçilərin qalıqları ölkənin ərazisinə sıxışdırılıb çıxarılıb,  hücumlar təxribatçı qrup tamamilə məhv edilənə qədər davam edib. 70-dən çox ukraynalı terrorçu, 4 zirehli maşın və 5 pikap məhv edilib”. 

Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun diversiya qrupunun ötən gün Rusiya sərhədlərinə daxil olduğunu və onlara qarşı əməliyyat keçirildiyini bildirib.

Nərgiz,

Sitat.info



Xəbər xətti