SON DƏQİQƏ

Medvedyev NATO-nu nüvə müharibəsi ilə təhdid etdi

Medvedyev NATO-nu nüvə müharibəsi ilə təhdid etdi
Dünya 23 May 2023 18:48

Kiyevə silah tədarükünə baxsaq,görərik ki, NATO nüvə müharibəsi ehtimalına ciddi yanaşmır və bu yanlışdır.

Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Heç kim dönüş nöqtəsini bilmir, hadisələr gözlənilmədən baş verə bilər və alyans buna görə məsuliyyət daşıyacaq”, - deyə Medvedyev bildirib.