Rusiya: Belqoroda girən Ukrayna təxribat qrupu məğlub oldu

19:54 23 May 2023

Rusiya Müdafiə Nazirliyi ölkəsinin Belqorod vilayətinə daxil olan Ukrayna diversiya qrupunun məğlub edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Nazirliyin sözçüsü Konaşenkov paytaxt Moskvada Ukrayna təxribat qrupunun Rusiyanın Belqorod vilayətinə daxil olması ilə bağlı açıqlama verib.

Donetsk bölgəsindəki Baxmut (Artyomovsk) şəhərinin rus ordusu tərəfindən ələ keçirildiyinə diqqət çəkən Konaşenkov: "Kiyev rejimi Artyomovsk şəhərində məğlub olduqdan sonra dinc əhaliyə qarşı terror aktları həyata keçirməyə başladı", - deyib.

Ukraynanın “millətçi birləşmə” qoşunlarının Rusiya Federasiyası ərazisinə daxil olduğuna diqqət çəkən Konaşenkov, onlara qarşı əməliyyat keçirildiyini bildirib.

Qeyd edək ki, Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Ukrayna ordusunun diversiya qrupunun ötən gün Rusiya sərhədlərinə daxil olduğunu və onlara qarşı əməliyyat keçirildiyini bildirib.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti