Polşa: Ukraynalı pilotların F-16 təlimi hələ başlamayıb

20:02 23 May 2023

Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukrayna pilotlarına F-16 təyyarələrində təlim keçməyə hazır olduqlarını, lakin ölkəsində hələ belə bir təlimin başlamadığını bildirib.

Sitat.info xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən Avropa Birliyi (AB) ölkələrinin müdafiə nazirlərinin toplantısına qatılan Blaşçak, mətbuat mənsublarına qiymətləndirmələr edib.

Polşanın hazırlaya biləcəyi ukraynalı pilotların sayı ilə bağlı suala Blaşçak deyib: "Biz təlimlərə açığıq. Bu, həm də imkanlarımızdan asılıdır. Polşa NATO-nun şərq cinahında yerləşir, ona görə də bizim Baltikyanı ölkələr qarşısında öhdəliklərimiz var".

Ukraynalı pilotları F-16 təyyarələrində öyrətməyə hazır olduqlarını vurğulayan Blaşçak: "Hələ belə bir təlim başlamadı. Mən təklif etdim ki, bu cür təlimlər AB-nin təlim missiyasına daxil edilsin", - de o qeyd edib.

Blaşçak əlavə edib ki, Almaniyanın müdafiə naziri Boris Pistorius ilə Ukraynada istifadə edilən tanklara xidmət edəcək mərkəzin yaradılmasını müzakirə ediblər.

Qeyd edək ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bu gün səhər saatlarında Polşa da daxil olmaqla bir sıra ölkədə F-16 ukraynalı pilotların təliminə başladığını açıqlayıb.

“Mən xoşbəxtəm ki, F-16 təlimləri nəhayət ukraynalı pilotlara verilməyə başladı”, - Borrell bunun vaxt aparacağını, lakin nə qədər tez tamamlansa, bir o qədər yaxşı olduğunu söyləyib.

Kənan Bənnayev 

​​​​​​​​​​​​​Sitat.info



Xəbər xətti