Aİ Ukraynaya son bir ayda 220 min artilleriya mərmisi tədarük edib

21:41 23 May 2023

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Aİ ölkələri martın 20-dən etibarən Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket tədarük edib.

Sitat.info xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ ölkələrinin müdafiə nazirlərinin bir araya gəldiyi görüşdən sonra mətbuata açıqlamalar verib.

Aİ-nin Ukraynaya tələb etdiyi silah və sursatları təmin etmək üçün martın 20-də qəbul etdiyi 3 mərhələli plandakı son vəziyyətə toxunan Borrell, planın birinci mərhələsinin bu yardımı Aİ ölkələrinin mövcud ehtiyatlarından təmin etmək olduğunu xatırladıb. 

Borrell bu çərçivədə indiyədək Ukraynaya 220 min artilleriya mərmisi və 1300 raket tədarük edildiyini və bu prosesin mayın 31-də başa çatacağını açıqlayıb.

Kənan Bənnayev 

Sitat.info



Xəbər xətti