Ümumdünya Səhiyyə Təşkilatının liderliyi ilə hazırlanan hesabatda qlobal iqtisadiyyatların yeni epidemiyalara əvvəlkindən daha hazır olmadığı bildirilib.
Sitat.info xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus tərəfindən 2020-ci ildə COVID-19 ilə mübarizə aparmaq üçün yaradılan və iqtisadiyyatları "sağlamlıq üçün sağlamlıq" nöqteyi-nəzərindən qiymətləndirən "Hamı üçün Səhiyyə İqtisadiyyatı Şurasının" ilk hesabatı yayımlanıb.
Səhiyyə sahəsində iqtisadi siyasətləri yenidən düşünmək və həyata keçirmək üçün 2020-ci ilin noyabr ayında BMT-nin Cenevrə ofisində təşkil edilən mətbuat konfransında hesabatla bağlı qiymətləndirmələr edən Ghebreyesus, Prof.Mariana Mazzukatonun sədri olduğu Hamı üçün Səhiyyə İqtisadiyyatı Şurasının yaradılmasını elan edib.
Seymur Bənnayev
Sitat.info