Xaricdə səsvermə bu gün başa çatır

11:05 24 May 2023

Prezident seçkilərinin ikinci turunda xaricdə qeydiyyatda olan 1 milyon 733 min 940 seçici səs verib. Xarici nümayəndəliklərdə səsvermə prosedurları bu axşam başa çatacaq.

Sitat.info xəbər verir ki, Yüksək Seçki Qurumundan (YSQ) əldə edilən məlumata görə, mayın 20-də gömrük qapılarında və xarici nümayəndəliklərdə başlayan səsvermə prosesi çərçivəsində 1 milyon 733 min 940 səs istifadə edilib.

Xarici nümayəndəliklərdə səsvermə prosedurları bu gün axşam başa çatacaq və gömrükdə mayın 28-i saat 17.00-dək davam edəcək.

Bu il xaricdə 3 milyon 416 min 98 türk seçicisinin qeydiyyatda olduğu 73 ölkədə seçki qutuları qurulub. Bəzi ölkələrdə səsvermə prosesi başa çatıb. ABŞ, Almaniya, Belçika, İngiltərə də daxil olmaqla 16 ölkədə seçicilər səs verməyə davam edir.

Səslər YSQ-nın müəyyən etdiyi üsullarla yüksək təhlükəsizlik altında diplomatik kuryerlər vasitəsilə Türkiyəyə gətiriləcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti