Ötən həftə İtaliyanın Emilia Romagna bölgəsində leysan yağışlar nəticəsində baş verən sel fəlakətində itkin düşən şəxsin cəsədi tapıldıqdan sonra ölənlərin sayı 15-ə yüksəlib.
Sitat.info xəbər verir ki, İtaliyanın ANSA agentliyinin verdiyi xəbərə görə, keçən həftə bölgədə daşqınların ən çox zərər çəkdiyi yerlərdən biri olan Luqoda itkin düşmüş bir adamın cansız cəsədi tapılıb. Bildirilib ki, mayın 17-dən itkin düşən 68 yaşlı kişinin cəsədi İtaliya Jandarma qrupları tərəfindən tapılıb. Bununla da fəlakətdə həyatını itirənlərin sayı 15-ə yüksəlib.
Ravenna Respublika Baş Prokurorluğunun fəlakətlə bağlı araşdırma başlatdığı bildirilib.
Digər tərəfdən güclü yağışın ola biləcəyi xəbərdarlığı ilə bölgədə "qırmızı həyəcan" vəziyyəti davam edir.
Sel sularının çəkildiyi şəhər və qəsəbələrdə yerli əhalinin təmizlik işləri və zərərin qiymətləndirilməsi işləri aparılır.
Daşqın səbəbindən baş nazir Giorgia Meloni başçılıq etdiyi sağçı koalisiya hökuməti su basmış bölgənin ehtiyacları üçün 2 milyard avrodan çox vəsait ayırmaq qərarına gəlib.
Kənan Bənnayev
Sitat.info