BMT: Sudandakı qarşıdurmalara görə 300 mindən çox insan ölkəni tərk edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi ölkədəki münaqişələr səbəbindən 300 mindən çox sudanlının qonşu ölkələrə sığındığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Qrandi "Twitter" hesabında: "Sudandan qonşu ölkələrə 300 mindən çox insan qaçıb. Son bir neçə gündə bir çoxu Çad və Misirlə sərhədi keçib", - sözlərini paylaşıb.
Seymur Bənnayev
Sitat.info