Qərb qorxur, amma Putin bunu etməyəcək - Volker

Qərb qorxur, amma Putin bunu etməyəcək - Volker
Dünya 24 May 2023 14:08

Qərb ölkələrinin müəyyən “qırmızı xətləri” keçmək qorxusu əsassızdır, çünki Rusiya Prezidenti Vladimir Putin Ukraynanı məhv etmək üçün heç bir addım atmayacaq.

Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.

“Qərb müttəfiqləri Putini narahat etməmək üçün Ukraynaya lazım olan silahları vermir. Bu, tamamilə yanlışdır. Mən bunu heç anlamıram. Putin daha çox şeyə qadir olsaydı, artıq bunu edərdi”, - Volker bildirib.