Rusiyada çağırışçıların pasportları əllərindən alınır

17:49 24 May 2023

Rusiyada vətəndaşlar hərbi xidmətə yollanarkən xarici pasportlarını dövlət orqanlarına təhvilməli olacaqlar.

Sitat.info xəbər verir ki, bu, “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında” Qanuna edilən düzəlişdə öz əksini tapıb.

Düzəlişə əsasən, çağırışçı hərbi xidmətə çağırış barədə elanı aldıqdan sonra pasportunu 5 gün ərzində təhvil verməlidir. Yalnız çağırışla bağlı ölkəni tərk etməyə müvəqqəti məhdudiyyətin müddəti bitdikdən sonra o, pasportunu götürə bilər. Pasport üzrlü səbəb olmadan təhvil verilməzsə, o zaman etibarsız hesab ediləcək.



Xəbər xətti