Taliban, İran texniki qruplarının suyun səviyyəsini təyin etmək üçün Əfqanıstan bəndlərini yoxlamağa icazə verməyəcəklərini açıqladı.
Sitat.info xəbər verir ki, Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini və Talibanın aparıcı simalarından biri Şir Məhəmməd Abbas Stanekzai “Afghanistan International” televiziyasına son günlər İran ilə Hilmend çayında su mübadiləsinin intensivləşməsi ilə bağlı gərginlik barədə danışıb.
Əfqanıstan və İran arasında 1973-cü ildə imzalanan su paylaşımı müqaviləsinə sadiq olduqlarını bildirən Stanekzai, son illərdə ölkədə güclü quraqlıq olduğunu, lakin kifayət qədər su olduğu təqdirdə İranın layiq olduğu payı alacağını qeyd edib.
Seymur Bənnayev
Sitat.info