“TCG Anadolu” desant gəmisi daha da inkişaf etdiriləcək.
Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan ölkənin müdafiə sənayesində çox böyük işlər görüldüyünü və bununla kifayətlənməyəcəklərini bildirib.
Qeyd edək ki, “TCG Anadolu” desant gəmisinin istehsalına 2016-cı ildən başlanılıb.