BMT: Afrika Buynuzu bölgəsində milyonlarla insan aclıq böhranı ilə üzləşib

20:47 24 May 2023

Birləşmiş Millətlər Təşkilatı Afrika Buynuzu bölgəsində milyonlarla insanın aclıq böhranı ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Dünya Ərzaq Proqramının Şərqi Afrika Regional direktoru Maykl Dunford mətbuata verdiyi açıqlamada, Afrika Buynuzu bölgəsindəki quraqlığın ciddiliyinə diqqət çəkib.

Afrika Buynuzu bölgəsində milyonlarla insanın aclıq böhranı ilə üzləşdiyini qeyd edən Dunford: "Region münaqişələr, iqlim dəyişikliyi və iqtisadi böhranlar da daxil olmaqla bir çox problemlə üzləşir", - deyib.

Kənan Bənnayev 

​​​​​​Sitat.info



Xəbər xətti