Putin: Qərb Rusiya ilə əməkdaşlıq edən ölkələri şantaj edir

21:44 24 May 2023

Qərbin Rusiya ilə əməkdaşlıq edən ölkələrə təzyiq etdiyini bildirən Putin: "Qərbli rəqiblərimiz Rusiya ilə qazanclı əməkdaşlığı məhdudlaşdırmaq üçün müxtəlif vədlər verir və tərəfdaşlarımızı şantaj etməyə çalışırlar. Bunun aidiyyəti ölkələrə və xalqlara gətirəcəyi itkilərə tamamilə biganədirlər".

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada keçirilən II Avrasiya İqtisadi Forumunda çıxış edib.

Avropa Birliyinin aparıcı iqtisadiyyatlarının bu il daralmasının gözlənildiyinə diqqət çəkən Putinb: “Qlobal iqtisadiyyat və ticarətdəki böyük böhranlara, əhəmiyyətli geosiyasi risklərə və qeyri-müəyyənliklərə baxmayaraq, Avrasiya İqtisadi İttifaqının iqtisadiyyatı 2022-ci ildə cəmi 1,6 faiz kiçildi", - deyə qeyd edib.

Xarici ekspertlərin Avrasiya İqtisadi Birliyi və Rusiya iqtisadiyyatında çöküş gözlədiklərini xatırladan Putin: “Belə bir şey olmayıb və olmayacaq", - deyib.

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti