NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ilə müharibədə olduğu müddətdə NATO-ya üzvlüyünün “gündəmdə olmadığını” bəyan edib.
Sitat.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə qatıldığı tədbirdə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı açıqlamalar verib.
Stoltenberq, Rusiya-Ukrayna müharibəsinin Ukraynanın NATO-ya üzvlüyünü asanlaşdırıb- asanlaşdırmadığınş soruşduqda, Ukraynanın Rusiya ilə müharibədə olduğu dövrdə NATO üzvlüyünün gündəmdə olmadığını bildirib.
Kənan Bənnayev
Sitat.info