Rusiya Baxmutda bu qədər itki verib - Proqojin açıqladı!

21:54 24 May 2023

Rusiyanın muzdlu “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin şiddətli toqquşmaların baş verdiyi Baxmutda Vaqnerə bağlı 20 min əsgərin öldüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Ukraynada cəbhədə döyüşmüş rus muzdlu “Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin ölkənin şərqində yerləşən Baxmutda itkilərlə bağlı açıqlamalar verib.

Priqojin, aylardır qarşıdurmaların davam etdiyi Baxmutda 20 mindən çox itki verdiklərini və Rusiyanın Ukraynanı tərksilah etmək məqsədinin onlara qarşı çıxdığını, çünki Ukrayna ordusunun Qərb ölkələrindən silahlar tədarük etdiyini və təlimlərlə daha da gücləndiyini bildirib. 

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti