Rusiya-Ukrayna müharibəsində nə qədər sivil həlak olub? BMT açıqladı!

21:59 24 May 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən edilən açıqlamada, 24 fevral 2022-ci il və 21 may 2023-cü il tarixləri arasında Ukrayna-Rusiya müharibəsində 8 min 895 mülki vətəndaşın həyatını itirdiyi açıqlanıb.

Sitat.info xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının bəyanatında deyilir: “Rusiya Federasiyasının genişmiqyaslı hücumunun başladığı 24 fevral 2022-ci ildən 21 may 2023-cü il tarixinə qədər BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) bəyan edib ki, Ölkədə 8 min 895 dinc sakin həlak olub, 15117 dinc sakin yaralanıb". 

Kənan Bənnayev

Sitat.info



Xəbər xətti