“Türkiyədən Suriyaya 1 milyon adam qayıdacaq" - Süleyman Soylu

09:32 25 May 2023

Türkiyədəki 1 milyon suriyalı qaçqının geri qayıtması üçün Suriyanın şimalında 240 min ev tikiləcək.

Sitat.info Trend-ə istinadən xəbər verir ki,  bu haqda Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

"Türkiyədən Suriyaya 1 milyon adam qayıdacaq. Könüllü qayıtmaq üçün isə 12 vilayətdə əlaqə büroları yaradılıb" - deyə Soylu bildirib.

Qeyd edək ki, qaçqınlar Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatlarla təhlükəsiz vəziyyətə gətirdiyi bölgələrə qayıtmağa davam edir.

İndiyə qədər Türkiyədən öz ölkəsinə 554 min suriyalı geri dönüb.



Xəbər xətti