Tayson məğlub olmasından danışdı

18:24 16 Noyabr 2024

58 yaşlı amerikalı əfsanəvi boksçu Mayk Tayson 27 yaşlı şoumen və bloger Ceyk Polla rinqdə məğlub olmasına baxmayaraq, karyerasını davam etdirməyə hazır olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, Tayson bunun son döyüşü olmadığını deyib.

"Vəziyyətdən asılıdır. Düşünmürəm ki, bu mənim son döyüşümdür", - Tayson bildirib.

O, döyüş üçün xoşbəxt olduğunu və nəticənin onu təəccübləndirmədiyini qeyd edib:

"Çünki Paul yaxşı döyüşçüdür"./Axar.az



Xəbər xətti