“Xüsusilə qadınlar iştirak etsinlər”

17:04 26 Noyabr 2024

“Bələdiyyə seçkilərində namizədlərin sayının çox olması narahatlıq yaratmır”.

Sitat.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər: “Xüsusilə qadınlar da bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar.

Bu, yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar Dairə Seçki Komissiyasının (DSK) digər məsələlərə münasibət bildirmək hüququ yoxdur”.



Xəbər xətti