Əsədə belə dəstək verə bilərik... - Korotçenko

18:22 29 Noyabr 2024

Rusiyanın Suriyadakı Xmeymim və Tartus bazalarında təhdidlər fonunda lazımi təhlükəsizlik tədbirləri görülüb.

Sitat.info xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Müxalifətin fəallaşmasına gəlincə, təəssüf ki, bu terror təhlükəsi həmişə yaxındır. Güman edirik ki, əvvəldən lazımi təhlükəsizlik tədbirləri görülüb. İlk növbədə, eskalasiya açıq şəkildə ABŞ-ın Rusiyaya və onun regiondakı maraqlarına təzyiq etmək üçün əlavə gərginlik nöqtəsi yaratmaq cəhdləri ilə bağlıdır. ABŞ Prezidenti Baydenin hakimiyyətdən gedən administrasiyasının Ukraynadakı münaqişəni gərginləşdirmək, eyni zamanda dünyanın başqa yerlərində Rusiyanın maraqlarna gərginlik nöqtələri yaratmaq üçün sinxronlaşdırılmış səylərini görürük. Suriya silahlı müxalifətinin hərəkətlərinin intensivləşməsi həm də ABŞ kəşfiyyat xidmətlərinin onu koordinasiya etmək və lazımi vaxtda aktivləşdirmək imkanı ilə bağlıdır. Bu şəraitdə qanunsuz silahlı qruplaşmalara qarşı mübarizənin əsas yükünü Prezident Əsədin Suriya hökumət ordusu çəkməlidir. İmkanlarımıza gəlincə, lazım gələrsə, təbii ki, Xmeymim aviabazasındakı potensialımızdan və orada Rusiya Aerokosmik qüvvələrinin aviasiya qrupundan istifadə edərək, yüksək dəqiqlikli hava zərbələri endirməklə müvafiq dəstək verə bilərik”, - o bildirib.



Xəbər xətti