Türkiyənin İstanbul şəhərində 3 nəfər saxta spirtli içkidən ölüb.
Sitat.info xəbər verir ki, saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən 11 zərərçəkəndən 3-ü xəstəxanada dünyasını dəyişib.
Polis keyfiyyətsiz spirtli içki satışı ilə məşğul olan 3 şübhəlini saxlayıb.
Qeyd edək ki, Türkiyədə və İranda saxta spirtli içkilərdən zəhərlənmələr və ölüm halları vaxtaşırı baş verir.