"Əziz saxta sertifikatlı plastik cərrahlar, siz çox mən tək. Özünüz yetməzmiş kimi, ölkə nərdivan altı “öyrətdiyiniz” qeyri-peşəkarlarla da doludur. Təbii ki, bu sözlər hamınıza aid deyil, lakin bəzilərinizin fəaliyyətləri artıq ictimaiyyət üçün aydındır. Bu dəfə isə endokrinoloq sonra nevroloq, daha sonra isə özünü plastik rekonstruktiv cərrah elan edən və Səhiyyə Nazirliyindən bu barədə sertifikat alan Sevinc Heydərovadan danışacağam".
“Sitat.info” xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb.
Q.Ataşova Sevinc Heydərovanın ixtisası üzrə saxta diplom aldığını qeyd edib:
"Sevinc xanım özünü plastik cərrah etmək üçün Səhiyyə Nazirliyinə həm də belə bir sənəd təqdim etmişdi. Sənədə əsasən, o, guya 6 ay müddətində estetik plastik və rekonstruktiv cərrahiyyə, yağ alma (liposaksiya), inyeksiya texnikaları, anti-aging müalicələr və stromal vaskular fraksiya tətbiqləri üzrə təhsil aldığını iddia edib. Səhiyyə Nazirliyi ona plastik cərrah sertifikatını həm də bu sənədə əsasən verib. Amma bu gün mən Prof. Dr. Məhməd Bozkurtla danışdım. Əslində, doktor bu məsələni çoxdan mənə çatdırmışdı və bildirmişdi ki, onun Sevinc Heydərovanın təhsilində heç bir rolu olmayıb. Professor Sevinc xanımın nazirliyə təqdim etdiyi sənədin saxta olduğunu dedi. Bu gün isə Dr. Məhməd Bozkurtun səsli mesajını sizə təqdim edirəm ki, həqiqəti öz qulaqlarınızla eşidəsiniz. Dr. Bozkurt, geniş akademik və praktiki təcrübəsi ilə plastik cərrahiyyə sahəsində həm Türkiyədə, həm də beynəlxalq səviyyədə nüfuz sahibi olan mütəxəssislərdəndir. İkinci Qarabağ müharibəsində yaralanan əsgərlərimizin estetik rekonstruktiv (bərpa)cərrahiyyə işlərində yaxından iştirak edib. Amma görürük ki, bizim bəzi həkimlərimiz hətta nüfuzlu doktorların adına belə ləkə gətirməkdən çəkinmirlər. Səhiyyə nazirliyinə, Azərbaycanın xalq artisti, Şərəf ordenli canlı əfsanə Flora Kərimovaya, bizə, insanlarımıza hörmət etmədiyiniz bəllidir, heç olmasa, başqa peşəkarların əməyinə hörmət edin".
Məsələ ilə bağlı Dr.Sevinc Heydərovanın da fikirlərini dərc etməyə hazırıq.
Sitat.info həmin videonu təqdim edir: