ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp komandasının ixtiyarında olan üç variant arasından Ukrayna üçün nizamlanma planını seçir. Onlardan birini ölkənin gələcək vitse-prezidenti Ceyms Devid Vens hazırlayıb.
Sitat.info xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Vensin planına əlavə olaraq, Tramp Ukrayna və Rusiya üzrə xüsusi elçisi kimi təklif etdiyi Keyt Kelloqun, həmçinin ölkənin milli kəşfiyyatının keçmiş direktoru vəzifəsini icra edən Riçard Qrenellin həll təkliflərini öyrənir. Vens və Qrenellin layihələrinin məzmunu dəqiqləşdirilməyib, lakin gələcək vitse-prezident Ukrayna hakimiyyətinə yardım göstərilməsinin əleyhinə çıxıb, Ukraynanın NATO-ya üzvlüyünü rədd edib, eyni zamanda xüsusi əməliyyat zamanı Moskvanın irəliləyişinin qarşısını almaq üçün Rusiya ilə sərhəddə demilitarizasiya zonasının yaradılmasının zəruriliyini və ABŞ-ın bu zonanı gücləndirməli olduğunu vurğulayıb”, - məlumatda deyilir.
Qrenell hesab edir ki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması ABŞ-ın maraqlarına cavab vermir, lakin o, Ukraynanın şərqində muxtar zonaların yaradılmasını dəstəkləyir.
Kelloqun planının təfərrüatı məlumdur, o, Rusiyanın danışıqlara razı olmadığı təqdirdə Ukraynaya yardımı artırmağı təklif edir./Axar.az