İran Prezidenti Məsud Pezeşkian ölkədə sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlərdən və bunun aradan qaldırılmasından söz açıb.
Sitat.info xəbər verir ki, Pezeşkian bu barədə X hesabında paylaşım edib.
“Ali rəhbər Əli Xamenei mənə dedi ki, o, sosial şəbəkələrə məhdudiyyət qoyulmasına göstəriş verməyib, əksinə, sosial medianın idarə edilməsini tapşırıb. Bu baxımdan hakimiyyət qollarının rəhbərləri arasında ümumi razılıq əldə etməli idik ki, bunu da etdik. İranın Ali Kiberməkan Şurası ilə də razılığa gəlməyə çalışırıq”, - Pezeşkian bildirib.