Lerikdə 30 yaşlı kişinin meyiti tapılıb.
"Unikal"ın məlumatına görə, Lerik rayon İcra Hakimiyyəti Başçısının Kiravud kənd əraz üzrə icra nümayəndəsi 1994-cü il təvəllüdlü Şəfiq Şaiq oğlu Əliyevin meyiti tapılıb. Onun intihar etdiyi deyilir. Lerik Rayon İcra Hakimiyyətindən də məlumatı təsdiqləyiblər.
Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil.
Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədilər.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.