Paşinyan referendum təklifini dəstəklədi

15:07 7 Dekabr 2024

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa Birliyi (AB) üzvlüyünə dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib.

“Ermənistanın Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını yekunlaşdırıb. Yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq”, - deputat qeyd edib.

Xzmalyan əlavə edib ki, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan baş tutacaq.



Xəbər xətti