Ukrayna ATACMS-la Taqanroqa zərbə endirdi

20:25 11 Dekabr 2024

Ukrayna ATACMS raketləri ilə Rusiyanın Taqanroq şəhərinə zərbə endirib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki raket "Pantsir" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Raketlərin qalıqlarının düşməsi nəticəsində hərbçilər arasında yaralananlar olub. Həmçinin iki bina və üç hərbi maşın zərər görüb.

Bildirilib ki, hücumun hədəfi hərbi aerodrom olub.



Xəbər xətti