Nyu-Yorkun Queens şəhərindəki gecə klubuna hücum zamanı azı 11 nəfər güllələnib. Şahidlərin sözlərinə görə, hücum edənlər hadisə yerindən qaçıblar.
Sitat.info-nun CNN-ə istinadən məlumatına görə, ştatın Kuins bölgəsindəki gecə klubunda silahlı hücum baş verib.
İlkin məlumata görə, hücum zamanı azı 11 nəfər yaralanıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Yeni ilin ilk saatlarında başqa bir dəhşətli hadisə də olub. Yeni Orleanda Burbon küçəsində avtomobilin izdihamın üzərinə düşməsi nəticəsində ilkin məlumatlara görə 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb. Hücum edən şəxs hadisə yerində polislə atışmada öldürülüb.
Amerikalı rəsmilər hücum edənin 42 yaşlı ABŞ vətəndaşı və Texas əyalətindən "Şəmsud Din Cabbar" adlı keçmiş əsgər olduğunu açıqlayıb.
Seymur,
Sitat.info