Banklar dollar alışını azaltdı

15:05 14 Yanvar 2025

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

Sitat.info xəbər verir ki, Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 68,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Bundan öncəki hərraclarda tələb 7 yanvarda 73,5 milyon ABŞ dolları, 9 yanvarda isə 72,6 milyon ABŞ dolları olub.



Xəbər xətti