Ukrayna nümayəndə heyəti Ciddəyə getdi - Danışıqlar BAŞLAYIR

10:24 11 Mart 2025

Ukrayna nümayəndə heyəti ABŞ rəsmiləri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər edib.

SITat.info bu barədə Ukrayna “Telegram” kanallarına istinadən xəbər verir.

Qeyd edilib ki, Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak bununla bağlı mətbuata məlumat verib.

O, qeyd edib ki, hakimiyyət Ukraynanın maraqlarını müdafiə etməyə hazırlaşır: "Biz müharibəni başa çatdırmaq üçün amerikalı tərəfdaşlarımızla səmərəli işləyəcəyik”.



Xəbər xətti