Bayramov Şarl Mişellə görüşdü

18:00 14 Mart 2025

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyi Şurasının sabiq Prezidenti Şarl Mişellə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi X hesabında paylaşım edilib.

Müzakirələr zamanı tərəflər regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələləri müzakirə ediblər.

Tərəflər həmçinin münaqişədən sonrakı regional dinamikaya, xüsusilə sülh sazişi ilə bağlı son proseslərə, eləcə də qarşıda duran çətinliklərə diqqət yetiriblər.

Görüşdə Şarl Mişelin Avropa Birliyi Şurasının prezidenti kimi əvvəlki vəzifəsində göstərdiyi əhəmiyyətli səylərə görə təşəkkür edib.

 



Xəbər xətti