İran ABŞ-a rədd cavabı verəcək

18:13 2 İyun 2025

Tehran ABŞ-ın İranın nüvə proqramı ilə bağlı təklifini rədd etməyə hazırlaşır.

Sitat.info xəbər verir ki, bu barədə “Röyters” yüksək rütbəli iranlı diplomata istinadla məlumat yayıb.

“İran ABŞ-ın təklifinə mənfi cavab hazırlayır ki, bu da Amerikanın təklifinin rədd edilməsi kimi şərh edilə bilər. Bu təklif İran ərazisində uranın zənginləşdirilməsi ilə bağlı ABŞ-ın mövqeyini dəyişməz saxlayır və sanksiyaların ləğvi üçün aydın izahat vermir”, - mənbə bildirib.



Xəbər xətti