“Qumar kralı” Şəkili Yusifin həbs müddəti uzadıldı

16:28 4 İyun 2025

"Qumar kralı" kimi tanınan Şəkili Yusifin həbs müddəti uzadılıb.

"Sitat.info"-nun əldə etdiyi məlumata görə, bir neçə gün öncə Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə Şəkili Yusifin həbs müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Bu maddələrin sanksiyasında 12 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Məğrur,

Sitat.info

 



Xəbər xətti