İran bu səhər İsrailə 27 ballistik raketlə zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, Təl-Əviv, Hayfa və Nes-Szionda evlərə düşüb. Zərbələr nəticəsində 16 nəfər yaralanıb.
Yaralıların hamısı mülki sakinlərdir.
"Tayms of İsrail" raket zərbələri nəticəsində ən azı 82 nəfərin yaralandığını açıqlayıb.