Ukraynaya yarım milyard dollar ayrıldı

23:50 30 İyun 2025

Beynəlxalq Valyuta Fondu Ukraynaya yarım milyard dollar ayırıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında məlumat verib.

Nazir bildirib: "Biz yaxın vaxtlarda fonddan 500 milyon dollar alacağıq. Vəsaitdən prioritet büdcə xərclərini ödəmək üçün istifadə edəcəyik".

 

Sitat.info



Xəbər xətti