Qəlbləri fəth edən qələbə!

01:08 9 İyul 2025

Klublararası dünya çempionatının yarımfinalında “Fluminense” və “Çelsi” üz-üzə gəlib.
Sitat.info xəbər verir ki, MetLife stadionunda keçirilən matçın 18-ci dəqiqəsində Joao Pedronun baxımlı qolu ilə "Çelsi" 1:0 önə keçib. Matçın ilk hissəsi "Çelsi"nin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. 56-cı dəqiqədə yeniden səhnəyə çıxan Joao Pedro, Enzo Fernandez'in asistində topu qapıya göndərib  və Çelsini 2-0 önə keçirib.

 

Qarşılaşmada daha qol olmayıb və "Çelsi" 2:0 hesabı ilə qalib gəlib. Bu nəticə ilə "Çelsi" klublararası dünya çempionatının finalına yüksələn ilk komanda olub.

 

Əlisahib İbrahimli

 

Sitat.info



Xəbər xətti