İsrail Qəzzada son iki gündə 150-dən çox hədəfi vurub

12:20 17 Sentyabr 2025

İsrail Hərbi Hava Qüvvələri və artilleriya korpusları son iki gün ərzində Qəzza şəhərində HAMAS-a məxsus 150-dən çox hədəfə zərbə endiriblər .

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qəzza şəhərini tərk edən fələstinlilərin sayının isə 400 000-i ötdüyü ehtimal olunur.

İsrail ordusu hərbi əməliyyatların davam etdiyini bildirib.

“Sentyabrın 15-də silah istehsalı ilə məşğul olan HAMAS-ın İstehsal Qərargahı hədəfə alınıb. Zərbə zamanı terrorçular da hadisə yerində idi. Zərbədən sonra ikinci partlayış baş verdi. Bu da orada silahların olduğuna dəlalət edir”- İsrail ordusunun məlumatında qeyd olunur.



Xəbər xətti